Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / MSŞA Koalisiyası Siyəzən və Salyanda ictimai müzakirə keçirib

MSŞA Koalisiyası Siyəzən və Salyanda ictimai müzakirə keçirib

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) Siyəzən və Salyan rayonlarında «Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək» layihəsi çərçivəsində “ Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü  (MHŞT)  məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzusunda ictimai müzakirələr keçirib.

Koalisiyanın koordinatoru  Əlməmməd Nuriyev layihənin məqsədləri, Koalisiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Siyəzən və Salyan rayonlarında bu tədbilərin keçirilməsi təsadüfi deyil. Bu rayonlar ona görə seçilib ki, burada neft hasil olunur və yerli sakinlər, dövlət qurumalrı, vətəndaş cəmiyyətinin nümayəndələri üçün MHŞT barədə ətraflı bilgilər əldə etmək xüsusilə vacibdir.

Layihənin eksperti Koalisiya Şurasının üzvü Mehriban Vəzir “MHŞT məqsədləri, tətbiqi, nəticələrin istifadəsi” mövzusunda təqdimatla çıxış  edib.

Ekspert bildirib ki, MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə edilən ödənişləri və hökumətin əldə etdiyi gəlirlərinin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir.

M.Vəzir qeyd edib ki, neft emalında iştirak edən dövlət və özəl şirkətlərin gördüyü işlərlə bağlı ictimaiyyətə hesabat verib-vermədiyi barədə məlumatların  toplanıb ictimaiyyətə və tədbir iştirakçılarına çatdırmaq MHŞT-nin əsas işlərindən biridir.

O, MHŞT-nin Azərbaycanda tətbiqi və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

Müzakirələr zamanı MHŞT-nin tətbiqinin verdiyi fayda, yerlərdə vətəndaş cəmiyyəti və insanların bu prosesdə iştirakı, dövlət qurumları və şirkətlərin məsuliyyət və ödəlikləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı iştirakçılarının sualları da cavablandırılıb.

Tədbirdə  dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, rayonların sakinləri iştirak ediblər.

MSŞA Koalisiyası tərəfindən həyata keçirilən «Mədən sənayesində şəffaflığın artırılmasına ictimai dəstək» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

siyezen-1.jpg

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın