Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / MSK sədri: “Polis seçki məntəqəsindən 100 metr aralıda dayanmalıdır”

MSK sədri: “Polis seçki məntəqəsindən 100 metr aralıda dayanmalıdır”

“Seçkilər keçiriləndə müvafiq orqanlar tədbirlər görürlər. Çünki bəzi qüvvələr seçkilərdən sonra elə hadisələr törədə bilərlər ki, seçkilər ikinci plana keçsin”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları seçki günü təhlükəsizliyin təmin olunması üçün lazımi addımlar atırlar.

M.Pənahov qeyd edib ki, Daxili İşlər Nazirliyi seçki günü gücləndirilmiş iş rejimində işləyir və polis asayişi təmin edir: “Lakin polis qanuna uyğun olaraq seçki məntəqəsindən 100 metr aralıda dayanmalıdır. Bununla yanaşı, biz hər dəfə deyirik, seçki məntəqələrində polis olmalıdır ki, orada baş verə biləcək hadisələrin qarşısını alsın”.

MSK sədri sabah heç bir problemin olmayacağına ümidvar olduğunu vurğulayıb.

Səsvermədən bir gün əvvəlki durumu qiymətləndirən M.Pənahov deyib ki, seçkiqabağı “sükut günü” qanun pozuntuları olmadan keçir. Sosial şəbəkələrdə istifadəçilərin müzakirələrinə münasibət bildirən MSK sədri deyib ki, qurum bunlara əhəmiyyət vermir.

MSK sədri gələcəkdə seçki kampaniyaları və səsvermənin virtual məkanda baş tuta biləcəyini də vurğulayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın