Ana səhifə / Şou Biznes / Mövlan Şıxəliyevə qarşı 3 milyonluq rüşvət ittihamı

Mövlan Şıxəliyevə qarşı 3 milyonluq rüşvət ittihamı

Bu günlərdə Moderator.az-a müraciət edən Bakı şəhər sakini Ülviyyə Abdalova sabiq MTN generalı, Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevlə bağlı şok ittihamlar səsləndirib. Şikayətçinin sözlərinə görə, 2006-cı ilə qədər davam edən firavan həyatı həmin il MTN-nin keçirdiyi əməliyyatdan sonra zindana çevrilib.

 

7 milyonluq briliant əməliyyatı

 

Uzun müddət həyat yoldaşı ilə birlikdə qızıl-zinət əşyalarının alveri ilə məşğul olduqlarını bildirən, Ü.Abdalovanın sözlərinə görə, 2006-cı ildə MTN onların tamamilə qanuni briliant biznesinə zərbə vurur və sertifikatlı malları müsadirə edir:

“2006-cı ildə MTN bizim Birlşmiş Ərəb Əmirliyindən satış məqsədi ilə gətirdiyimiz dəyəri 7 milyondan çox olan qızıl-zinət əşyalarına əl qoydu. Mağazalarımızda çəkiliş aparıldı. Briliant daş-qaşlarla yanaşı, qızıl və briliant daşlarla bəzədilmiş bir sıra əşylarımız da müsadirə olundu. MTN məkdaşları guya iddia etdilər ki, bu mallar Azərbaycana qanunsuz olaraq, gizli yolla gətirilib. Halbuki, həmin malların hamısı tamamilə qanuni şəkildə ölkəyə gətirilmiş, onlarla bağlı lazımi sənədlşmə işləri həyata keçrilmişdi. Lakin MTN bu  sənədlərə əhmiyyət verməyərək bütün bu mallara əl qoydu”.

 

“Bizi həbslə qorxudaraq 10 evimizi, 5 avtomobilimizi əlimizdən aldılar”

 

Ü.Abdalovanın bildirdiyinə görə, bütün briliantları müsadirə ediləndən sonra onları həbslə qorxudaraq digər əmlaklarına da əl qoyublar:

“MTN qurama ittihamla qızıl-zinət əşyalarımıza əl qoyandan sonra məni və həyat yoldaşım Murad Rəhimovu həbslə qorxutmağa başladılar. İşimizi aparan müstəntiq Vüsal Ələkbərov bildirdi ki, həbs olunmamaq üçün sahib olduğumuz mülk və əmlakdan MTN-nin xeyrinə əl çəkməliyik. Odur ki, həbs olunmamaq üçün 5 avtomobil və 10 mənzilimizdən imtina etməli olduq. Lakin bu da bizi MTN-nin təzyiqlərindən xilas etmədi”.

 

Mövlan Şıxəliyevdən 3 milyonluq tələb: pul ver azad edək!

 

Şikayətçinin bildirdiyinə görə, M.Şıxəliyevin göstərişi ilə onun müavini, hazırda həbsdə olan müstəntiq V.Ələkbərov onlardan 3 milyon manat məblğində pul tələb edib:

“Müstəntiq V.Ələkbərov bildirdi ki, MTN-nin keçirdiyi briliant əmliyyatı zamanı həbs olunan işçinizin azad edilməsini istəyisinizsə, onda 3 milyon manat məbləğində pul ödəməlisiniz. Biz də həmin şəxsin azad edilməsi müqabilində 3 milyon manat pul verməyə razı olduq. Həmin pul V.Ələkbərov vasitəsi ilə M.Şıxəliyevə çatandan sonra həbsdəki şəxs azad edildi”.

 

MTN generalının göz yaşı hesabına yaratdığı cənnət: zooparklı villa, tovuzquşulu həyət…

 

2015-ci ildə məlum “MTN işi”ndən sonra vaxtiylə əllərindən alınan pul və əmlakı geri qaytarmaq üçün Baş Prokurorluğa müraciət etdiklərini bildirən Ü.Abdalova bu şikayətin M.Şıxəliyevi hərəkətə gətirdiyini bildirdi:

“Baş Prokurorluğa ünvanladığım məlum şikayətdən sonra M.Şıxəliyevin təşəbbüsü ilə onunla görüşdüm. Bu görüşlərdən biri generalı Novxanı çimərliyi sahilindəki villasında reallaşdı. Rəsmi dairələrə ünvanladığım şikayətədn ciddi narahatlıq keçirən M.Şıxəliyev məni əmin etməyə çalışdı ki, o, mənə dəyən zərəri ödəyəcək. Yeganə istəyi isə onun adını hallandırmamaq, onunla bağlı şikayətdən imtina etməyim idi.

M.Şıxəliyev bildirdi ki, o bir milyon manat məbləğində nəğd pul verə bilər. Qalan 2 milyonun əvəzində isə içərisində mini zoopark, həyətində bir neçə tovuzquşu olan bu villanı verməyə hazır olduğunu bildirdi”.

 

Ardı var:

 

Mövlan Şıxəliyevi öz vədinə nə üçün əməl etmədi?

 

Orxan Babayev kimdir və şikayətçidən nə istəyir?

 

Hərbi Prokurorluğun şikaytçiyə milyonlarla pul atan sabiq əməkdaşı kimdir və onu kimlər müdafiə edir?

 

Ü.Abdalovanın şəxsi mənzilinə Prezident Administrasiyası və ayrı-ayrı nazirliklərin adından kimlər hücum edir?

 

Qapıya asılan ölüm elanı və bitməyən hədə zəngləri…

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın