Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Molla polisə rüşvət təklif elədi və…

Molla polisə rüşvət təklif elədi və…

Sabirabad Rayon Prokurorluğu yerli din xadimlərindən birinə cinayət işi açıb. Motiv çox maraqlıdır – rüşvət.

Belə ki, rayonun Yenikənd kənd məscidinin axundu Eldar Əhmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarından birinə 500 manat məbləğində rüşvət vermək cəhdində ittiham olunur.

Sabirabad Rayon Prokurorluğundan virtualaz.org saytına verilən məlumata görə, yerli hüquq-mühafizə orqanları 52 yaşlı E.Əhmədovun fəaliyyəti ilə maraqlanıblar. Məlum olub ki, o, kənddə qeyri-leqal mədrəsə açaraq uşaqlara dini təhsil verirmiş.

Molla artıq “şagird kontingenti” də formalaşdırıbmış. Molla öz gizli mədrəsəsinə 8-10 yaşlarında 12 şagird cəlb edibmiş.

İstintaq E.Əhmədovun uşaqların valideynlərindən bu “tədris”ə görə pul almasından şübhələnir. Axund isə inandırmağa çalışıb ki, bunu “Allah rizası üçün” edir. O, bu məsələnin üstü açılmasın deyə polisə 500 manat rüşvət təklif edib, sonuncu isə puldan imtina edib.

E.Əhmədov barədə hələ həbs-qətimkan tədbiri seçilməyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın