Ana səhifə / Şou Biznes / Model yenidən müqəddəs dəyərləri ələ saldı

Model yenidən müqəddəs dəyərləri ələ saldı

Daha əvvəl Misirdə “Karnak Müqəddəs Məbədi”ndə çılpaq şəkillər çəkdirən belçikalı model Marisa Papen bu dəfə yəhudilər üçün müqəddəs olan “Ağlama Divarı” qarşısında obyektivlər qarşısına keçib. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Papen İsrailin qurulmasının 70-ci ildönümü mərasimi zamanı “Ağlama Divarı” qarşısında fotoqraf Matias Lambrext üçün soyunub. 3 gün müddətində Təl-Əviv və Qüdsdə çılpaq pozalar verən 26 yaşlı model “din və siyasət sərhəddini bacardığı qədər aşa bilmək istədiyini” deyib.

Belçikalı model Marisa Papen Qüdsdəki Qərb divarının önündə şəkil çəkdirir
Belçikalı model Marisa Papen Qüdsdəki Qərb divarının önündə şəkil çəkdirir (fotonun müəyyən hissələri redaksiya tərəfindən örtülüb)

“İnsanları təxribata çəkdiyimin fərqindəyəm, amma pis bir niyyətim yox idi. Qüds mədəniyyətlərin qarışdığı bir şəhərdir. Hər kəsin istədiyi şeyə inana biləcəyini ifadə etmək istədik” deyə o qeyd edib.

Marisa Papenin çılpaq fotoları Matias Lambrextin “Qurtuluş yolu” sərgisində nümayiş etdiriləcək.

Xatırladaq ki, Marisa Papen 2017-ci il aprel ayında Luksorda “Karnak Müqəddəs məbədi”ndə çılpaq pozalar verdiyi üçün Misir polisi tərəfindən saxlanılmışdı. Belçikalı model məhkəmədə çılpaq olmadığını bədən rəngli geyim ilə poza verdiyni deyərək, azad edilmişdi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …