Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Mirmahmud Mirəlioğluna daha bir ağır itki

Mirmahmud Mirəlioğluna daha bir ağır itki

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluna ağır itki üz verib.

Belə ki, Mirəlioğlunun bacısı oğlu vəfat edib. KXCP-nin sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, 11- ci sinif şagirdi olan Ümid qəflətən dünyasını dəyişib. “Ümüd sağlam, bacarıqlı və oxuyan uşaq olub. Onun qəfil vəfatı qohumlar üçündə qaranlıq qalır. Mərhumun nədən öldüyü bəlli deyil. Ümid doğulduğu Masallı rayonunda dəfn ediləcək”.

Yeniyetmə bu il orta məktəbdən məzun olub. O, ali məktəbə daxil olmağa hazırlaşırdı.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil. Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. 2012-ci ildə isə Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, gənc qadın evdə keçinib. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb. Anspress.com

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın