Ana səhifə / Şou Biznes / Mirkamilə nə olub? – Paylaşımları təəccübləndirir…

Mirkamilə nə olub? – Paylaşımları təəccübləndirir…

“Xalq ulduzu” müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov instaqramda qəribə paylaşımları ilə diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, gənc ifaçı “mirkamilofficial” adlı hesabında müxtəlif mövzularda- “vor”ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Müğənni demək olar ki, səhifəsində yaradıcılığı ilə bağlı heç bir məlumat vermir.  Hətta Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb.  Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.

İlk dövrlərdə səhifəni Mirkamilin istifadə etmədiyi deyilsə də, müğənni hesabı özü idarə etdiyini, statusların ona məxsus olduğunu vurğulayır.

Bundan əlavə, ifaçı onun paylaşımlarını tənqid edənləri “söhbətə çağırır”, bəzən isə təhqir edir.

Mirkamil “777” və “Vaşaq” sözlərindən demək olar ki, hər statusunda istifadə edir, eyni fotoları dəfələrlə paylaşır.  İstifadəçilər Mirkamildən dəfələrlə “777”in mənasını soruşub. O, bu rəqəmlərin doğum tarixi ilə bağlı olduğunu vurğulayıb- “07.07. 1986!”

M. Kamilovun 60 minə yaxın izləyiciləri sırasında xalası, xalq artisti Mələkxanım Əyyubova da var. Yəqin ki, o da bacısı oğlunun bu halından xəbərdardır. İstifadəçilər dəfələrlə xanəndənin adını paylaşımlara işarələyərək Mirkamilə kömək etməsini xahiş ediblər. Ancaq o, heç bir reaksiya verməyib.

“Qafqazinfo” mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlayaraq M. Kamilovun vəziyyəti barədə suallar ünvanlayıb. O, məsələdən yayınaraq “Üzrlü sayın, bu mövzuda danışmayacam” deyib.

Mirkamil isə zənglərə cavab verməyib.








Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …