Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Miri Yusif pərəstişkarlarının göz yaşları selə döndü

Miri Yusif pərəstişkarlarının göz yaşları selə döndü

Azərbaycanın əməkdar artisti Miri Yusif yaşlı nəslə həsr olunmuş lirik “Ata” kompozisiyasını təqdim edib.

Bu barədə Sputnik Azərbaycan müğənninin Instagram sosial şəbəkəsindəki səhifəsinə istinadla xəbər verir. Yusif orada mahnının klipinin videoçarxını da yerləşdirib. Kompozisiyanın müəllifi müğənni özüdür.

Yusifin bu mahnısını dinləyən pərəstişkarları göz yaşlarını saxlaya bilməyiblər. Onların hər biri bu ürəkləri sızladan ifaya görə müğənniyə təşəkkür edib.

Müğənni əmindir ki, bu mahnı onun repertuarında layiqli yer tutacaq.

Qeyd edək ki, Miri Yusif “Dəyirman” qrupunun sabiq solistidir. Uzun müddət Amerikada yaşayıb. Geri qayıdandan sonra solo karyeraya başlayıb və bu, ona layiq olduğu uğuru qazandırıb.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …