Ana səhifə / Şou Biznes / Minlərlə laçınlı şəhid Ülvin Məmmədovu izdihamla yola saldı – FOTO-VİDEO

Minlərlə laçınlı şəhid Ülvin Məmmədovu izdihamla yola saldı – FOTO-VİDEO

Bu gün Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində şəhid Məmmədov Ülvin Cəmaləddin oğlunun dəfn mərasimi keçirilib.
Mərasimdə Laçın rayon İcra Hakimiyyətinin başçısını əvəz edən Aqil Nəzərli, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Xocəvənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Mahir Abbaszadə, Aqil Abbas, Müdafiə Nazirliyinin rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və minlərlə rayon sakini iştirak edib.
Qeyd edək ki, Ülvin Cəmaləddin oğlu Məmmədov 1 yanvar 1996-cı ildə Laçın rayon Qarakeçdi kəndində doğulub. 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib həqiqi hərbi xidmətə çağırılmışdı. Dəfələrlə idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olmuş, fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il aprel ayının 1-i həqiqi hərbi xidmətini başa burmuşdur. Elə həmin gün səhər saatlarında komandiri təxris olunan əsgərləri sıraya düzüb və soruşub:
– Siz azadsınız. Kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə bir addım irəli çıxsın.
Ülvin irəli çıxmış və demişdir:
– Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm. Vətən uğrunda şəhid olmaq arzusundayam.
Elə həmin gün Murov dağından enib Tərtər, Talışdağa yola düşür. Ülvin sərrast snayper nişancısı idi.
5 aprel 2016-cı ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Minlərlə laçınlı şəhid Ülvin Məmmədovu izdihamla yola saldı FOTO-VİDEO

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın