Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Mina “Maşın”a görə “O səs Türkiyə”dən uzaqlaşdırıldı – VİDEO

Mina “Maşın”a görə “O səs Türkiyə”dən uzaqlaşdırıldı – VİDEO

Müğənni Mina Hüseyn “O səs Türkiyə” mahnı müsabiqəsindən uzaqlaşdırılıb. 

Unikal.org xəbər verir ki,  birinci turu adlayan və Seda Sayanın komandasında yarışacaq olan ifaçı “Maşın şou”ya görə müsabiqədən kənarlaşdırılıb.

“O səs Türkiyə”nin ikinci turunda çıxış etmək hüququnu itirən ifaçının geri qayıtma cəhdləri də uğursuz olub.

Mövzu ilə bağlı ifaçı ilə əlaqə saxlanılıb. O, məlumatı təkzib etməyib: “Mən heç kimə belə məlumat verməmişəm. Hazırda klip üzərində çalışıram”.

Qeyd edək ki, Mina müsabiqədə “Nayino” mahnısını ifa etmişdi. O, Seda Sayan, Murat Boz və Beyazı özünə tərəf döndərərək, ifası ilə onları heyran qoymuşdu. Sonda Seda Sayanın komandasında yarışmaq istədiyini bildirmişdi.

 

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …