Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Milyonlarla insanın “like” etdiyi FOTOLAR

Milyonlarla insanın “like” etdiyi FOTOLAR

“İnstagram” sosial şəbəkəsində adi insanlar və professionallar tərəfindən çəkilən fotolar insanları heyrətləndirməyə davam edir.

Onlardan ən yaxşı fotolar isə sosial şəbəkənin rəsmi səhifəsində paylaşılır. Bu fotoları ümumilikdə 209 milyondan çox insan izləyib.

Yanvar ayında bu sosial şəbəkələr vasitəsilə paylaşılan ən populyar fotoları təqdim edirik:

Fotoqraf Mariya Perez bir obyektin digərini imitasiya etməsini əks etdirən fotolar çəkməyi qarşısına məqsəd qoyub. Deyəsən, onda alınıb. İspan fotoqraf dostu Danini Bruma ləqəbli iti ilə birgə çəkib.

“İnstagram” sosial şəbəkəsi öz rəsmi səhifəsi ilə elan edilən layihə çərçivəsində istifadəçilərdən kamuflyaj mövzusunda kreativ fotolar çəkməyi təklif edib. Meksika əsilli Dizayner Dominqo isə belə bir kreativ foto çəkib. Onun bu işini sosial şəbəkədə milyondan çox insan bəyənib.

Fotoqraf Tyaqo Kavalkantinin işi. Suyun altında belə bir anı tutmaq olduqca çətindir. Kadr 1,4 milyon istifadəçinin xoşuna gəlib.

“Vəhşi təbiətin sakinləri ilə qarşılaşan zaman özümü məxsusi olaraq hiss edirəm” –deyə fotoqraf Valeri Derom Masse bildirib. O, bu şəkli Mon-Tramblan (Kanada) dağlarında çəkib.

Ən yaxın dostun Alpaka olanda. Məşhur səyahətçi və heyvanlarla selfi həvəskarı Allan Diksondan daha bir maraqlı foto. Kadr 1,4 milyondan çox “like” toplayıb. “Biz ilk andan dostlaşdıq”- deyə fotoqraf şəklə yazıb.

Fotoqraf Endi Merkel dəniz kənarında günəşin çıxmasını əks etdirən fotosu. Kadr 1,5 milyon insan tərəfindən bəyənilib.

Zoi Haynes-Smit 2014-cü ildə “Şəklin şəkli” layihəsinə başlayıb. O, hər il bura yeni bir element daxil edir. “Gələn ilin bizə nə gətirəcəyini kim bilir”, – deyə fotoqraf bildirib.

Fotoqraf Patrik Monka balerina və gimnastları çəkməyi sevir. O, onların hər bir hərəkətini tarixin yaddaşına köçürməyə hazırdır. “Mənim güclü pozalar, onların energetikasından xoşum gəlir”, – deyə Barselonada yaşayan isveçli bildirib.

Leo Tomas isə bu kadrı çəkmək üçün 4,4 hündürlükdə olan Matternhorn dağına (İsveçrə) çıxıb

Keti Karlosunun bu fotosu isə 1,5 milyon “like” toplayıb. “Mən gülü və kameranı Derbinin yanına qoyduğumda maraqlı şəkillərin olacağına əminəm”, – deyə o bildirib. Keti artıq 10 ilə yaxındır ki, bu dovşanla dostluq edir. Onların birgə “İnstagram” səhifəsinin 35 mindən çox izləyicisi var.

Yapon fotoqraf Xirosimanın qarlı fotosunu paylaşıb. Yanvarın 29-u paylaşılan foto bir milyondan çox bəyənmə toplayıb.  (AzVision.az)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın