Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Milyarder qızına toy etdi – 40 milyonluq gəlinlik+Foto+ Video

Milyarder qızına toy etdi – 40 milyonluq gəlinlik+Foto+ Video

Moskvada Tacikistandan olan oliqarx, milyarder İlham Şokirovun qızı Mədinə Şokirovanın Sardor adlı gənclə toyu olub.

“ Azinforum.az ” ın “Life.ru”ya istinadən verdiyi məlumata görə, Mədinə “Zuhair Murad” imzalı 40 milyon rubl dəyərində (500 min funt sterlinq) gəlinlik geyinib. Onun gəlinliyini ingilis dizaynerlər Tamara Ralf və Maykl Russo tikib. Bir neçə qat tüldən ibarət olan gəlinlikdə minlərlə mirvari və svarovski daşlarından istifadə olunub.

“Radisson Royal” hotelinin “Konqres-park” zalında baş tutan toy mərasiminə 900 qonaq dəvət olunub. Toyu rusiyalı aparıcılar İvan Urqant və Alla Mixeyeva idarə edib, qonaqları isə Flipp Kirkorov, Qlyukoza, Soso Pavliaşvili, Leoniq Aqutin, dağıstanlı müğənni Timur Temirov əyləndirib.

İlham Şokirov əyləncəli proqram üçün 30 milyon rubl xərcləyib.

Qeyd edək ki, biznesmen İlham Şokirov Daşkəndin ən nüfuzlu hoteli olan “Qrand”ın rəhbəridir. Özbəkistanda “Demir” əyləncə-ticarət mərkəzinin 65% səhminə sahibdir, Moskva vilayətində isə bir neçə mehmanxanası var.

Milyarder qızına toy etdi  -  40 milyonluq gəlinlik+Foto+ Video
Milyarder qızına toy etdi  -  40 milyonluq gəlinlik+Foto+ Video
Milyarder qızına toy etdi  -  40 milyonluq gəlinlik+Foto+ Video
Milyarder qızına toy etdi  -  40 milyonluq gəlinlik+Foto+ Video
Milyarder qızına toy etdi  -  40 milyonluq gəlinlik+Foto+ Video

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın