Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / Milyarder qızına toy etdi – 40 milyonluq gəlinlik (VİDEO)

Milyarder qızına toy etdi – 40 milyonluq gəlinlik (VİDEO)

Moskvada Tacikistandan olan oliqarx, milyarder İlham Şokirovun qızı Mədinə Şokirovanın Sardor adlı gənclə toyu olub.

Qafqazinfo-nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, Mədinə “Zuhair Murad” imzalı 40 milyon rubl dəyərində (500 min funt sterlinq) gəlinlik geyinib. Onun gəlinliyini ingilis dizaynerlər Tamara Ralf və Maykl Russo tikib. Bir neçə qat tüldən ibarət olan gəlinlikdə minlərlə mirvari və svarovski daşlarından istifadə olunub.

“Radisson Royal” hotelinin “Konqres-park” zalında baş tutan toy mərasiminə 900 qonaq dəvət olunub. Toyu rusiyalı aparıcılar İvan Urqant və Alla Mixeyeva idarə edib, qonaqları isə Flipp Kirkorov, Qlyukoza, Soso Pavliaşvili, Leoniq Aqutin, dağıstanlı müğənni Timur Temirov əyləndirib.

İlham Şokirov əyləncəli proqram üçün 30 milyon rubl xərcləyib.

Qeyd edək ki, biznesmen İlham Şokirov Daşkəndin ən nüfuzlu hoteli olan “Qrand”ın rəhbəridir. Özbəkistanda “Demir” əyləncə-ticarət mərkəzinin 65% səhminə sahibdir, Moskva vilayətində isə bir neçə mehmanxanası var.

Həmçinin oxuyun

İzləyiciləri Naziləni bezdirib: “Pul ver, dərman al, paltar al“

Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli ondan tez-tez pul istəyən izləyicilərinə səslənib. “İnstagram” hesabında bu barədə …

Bir cavab yazın