Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Milyarder ana oğluna Nazənini aldı- dünyanın ən bahalı toyu – FOTO

Milyarder ana oğluna Nazənini aldı- dünyanın ən bahalı toyu – FOTO

Dünyanın ən zəngin qaradərili qadını oğlunu evləndirib. İngiltərədəki Blenheym Sarayındakı toyda, sadəcə, gəlinin əynindəki paltarın dəyəri 9 milyon dollardı. 1 milyon qızılgüllə bəzədilmiş saraydakı toyda qonaqlara 7 metr hündürlüyü olan toy verilib, səhnədə isə Robin Tik və digər ulduzlar çıxış ediblər.

BAKU.WS Daily Mail-ə istinadən bildirir ki, 66 yaşlı nigeriyalı Folorunşo Alakiya dünyanın ən zəngin qaradərili iş adamlarından biridir. Bu xanımın 2,1 milyard dollarlıq varidatı var.

Milyarder xanımın 4 oğlu arasında ən kiçiyi Folarin iranlı model Nazənin Cəfərian Qeysərifa ilə evlənib.

Folarinin ilk xanımı Çen 6 il əvvəl xərçəng xəstəliyindən vəfat edib. Həmin nikahdan Folarinin 5 yaşlı qızı var.

Nazənin Mançester Universitetinin biomühəndislik və biotəbabət fakültəsini bitirib.

İngiltərənin Oksfordşir qraflığının Vudstok səmtindəki Blenheym Sarayının toy üçün icarəyə götürülməsi neft maqnatı Alakiyaya 7 milyon dollara başa gəlib.

Bu saray Britaniyanvın mərhum baş naziri Uinston Çörçilin ata ocağıdır.

Nazənin isə iranlı iş adamları, Londonda yaşayan Xosrov və Nuşən Qeysərifaların qızıdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın