Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Millimizin televizor qalmaqalı ilə bağlı – AÇIQLAMA

Millimizin televizor qalmaqalı ilə bağlı – AÇIQLAMA

Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbəri gündəmə çevrilib.

Məsələyə AFFA səviyyəsində münasibət bildirilib.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr demartamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qafqazinfo-ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib.

Onun sözlərinə görə, bu televizorlar futbolçular tərəfindən alınmayıb.

“Bu alış-verişin futbolçulara heç bir aidiyyatı yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdur”.

Xatırladaq ki, Skysports-un daha öncə yaydığı xəbərdə bildirilirdi ki, “Richer Sound” şirkəti 25 min manatdan çox dəyəri olan televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub.

Qeyd edək ki, Azərbaycan yığması İrlandiyaya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 3-cü yerdə qərarlaşıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın