Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Millimizi Yaponiyadan qovdular – Oğurluq ittihamı

Millimizi Yaponiyadan qovdular – Oğurluq ittihamı

Azərbaycanın cüdo üzrə millisi aprelin 22-də Yaponiyadan qayıdıb. Azinforum.az komanda.az-a istinadən xəbər verir ki, millimiz “gündoğar ölkə”də təlim-məşq toplanışında olub. 

Komandamız yapon cüdoçularla birgə məşq ediblər. Ancaq Azərbaycan millisi Yaponiyadan vaxtından əvvəl qayıdıb. Daha doğrusu, millimizi Yaponiyadan deportasiya ediblər. Səbəb isə milli üzvlərinin mağazadan oğurluq etməsidir. Belə ki, millinin üzvləri – Mehman Sadıqovla Qurban Qurbanov bu ölkənin ticarət mərkəzlərindən birində alış-veriş edərkən oğurluq ediblər. Amma polis azərbaycanlı idmançıları həbs edib. Nəticədə millimiz tam tərkibdə Yaponiyadan deportasiya olunub. Məsələ ilə bağlı “Futbol+” qəzetinə danışan millinin köməkçi-məçqçisi Mehman Əzizov mağazadakı insidenti təkzib edib:

“Bizim məşqimizdən sonra azyaşlı yapon uşaqların məşqi olurdu. Cüdoçularımızdan biri uşaqlardan hansınısa başı üzərinə qaldırıb, şəkil çəkdirdi. Bu da uşağa olan sevgidən qaynaqlanırdı. Uşağın valideyini baş məşqçiyə şikayət etdi. Oğurluq hadisəsi isə olmayıb”.

Ancaq məsələdə adı hallanan Mehman Sadıqov mağazada insident yaşandığını etiraf edib: “Əslində orda baş verən hadisə bura bir qədər fərqli çatıb. Bəli, Qurbanla dükanda olmuşuq. Amma cibimizdə pul var idi və paltar oğurlamaqdan söhbət gedə bilməz. Paltar seçib götürdük. Ancaq üstümüzdə çek olmadığından satıcı bizi oğurluqda günahlandırdı. Ona başa salmağa çalışdıq ki, bunu oğurlamaq fikrimiz yoxdu. Bizdə dollar olduğundan pulu dəyişməliydik. “Bizi buraxın, pulu dəyişib gələk” dedik. Onlar isə yalnız polislə birgə gedib pulu dəyişə biləcəyimizi dedilər. Polis bizdən pasport istədi. Sənədlərimiz baş məşqçidə olduğundan, Hacıağa müəllim də ora gəldi. Sənədlərimizi təqdim etdik, dolları yenlə dəyişib paltarı aldıq və məsələ bağlandı. Amma bu hadisəyə görə komandanı Yaponiyadan çıxartdılar”.

Cüdoçunun söylədikləri Yaponiyada baş verənlərə aydınlıq gətirməyə yetir. Sadıqov oğurluq etmədiklərini söyləsə də, məsələyə polisin qarışması çox şeydən xəbər verir. İdmançılar pulu dəyişmək məqsədilə dükanı tərk edirdilərsə, paltarı niyə özlərilə aparırdılar? Alınan malın kassaya təqdim edilmədən dükandan çıxarılmasına cəhd edilirsə, bu, oğurluq sayılır. İstər Yaponiyada olsun, istərsə də Azərbaycanda.

Onu da qeyd edək ki, Mehman Sadıqov yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında AÇ və DÇ-nin bürünc medalçısıdır.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın