Ana səhifə / Şou Biznes / Millət vəkillərinin andiçməsində HDP-li vəkil Ərdoğana söz atıb – QALMAQAL

Millət vəkillərinin andiçməsində HDP-li vəkil Ərdoğana söz atıb – QALMAQAL

Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin (TBMM) andiçmə mərasimində qalmaqal yaşanıb.

Moderator.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK-snın siyasi qanadı Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Leyla Zana and içmək üçün kürsüyə çıxarkən dövlət başçısına söz atıb.
Belə ki, o, tribunaya gedərkən prezident Rəcəb Tayyib Ərdoğana baxaraq kürdcə ‘Biji aşiti’ (yaşasın sülh) deyib. O, andiçmənin mətnini də bilə-bilə səhv oxuyub. Leyla Zana andiçmədə “böyük türk milləti” yerinə “böyük Türkiyə milləti” ifadəsini işlədib.

TBMM-ə müvəqqəti sədrlik edən Dəniz Baykal isə HDP-li millət vəkilini yenidən andiçməyə çağırsa da, o, kürsüyə geri qayıtmayıb.

Leyla Zana daha sonra parlamenti tərk edib.

Qeyd edək ki, bu gün TBMM-də yerli vaxtla yeni seçilən millət vəkillərinin andiçmə mərasimi başlayıb.

Məlumat üçün onu da bildirək ki, Türkiyədə 1 noyabrda keçirilən növbədənkənar parlament seçkisində Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı təkbaşına qurmaq üçün lazım olan səsi toplayaraq qalib gəlib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın