Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Millət vəkillərindən Elza Seyidcahana – Reaksiya

Millət vəkillərindən Elza Seyidcahana – Reaksiya

Əməkdar artist, müğənni- bəstəkar Elza Seyidcahanın pianoda Azərbaycan Dövlət Himnini təhrif edərək oxuması cəmiyyətdə böyük müzakirələrə səbəb olub.

Belə ki, müğəninn Dövlət Himnini təhrif edərək oxuması millət vəkilləri, ziyalılar başda olmaqla ictimaiyyətdə qınağa səbəb olub. Hətta bəzi insanlar sosial şəbəkələrdə E.Seyidcahanla bağlı cəza tədbirinin görülməsi, bəziləri isə onun dövlət tədbirlərinə buraxılmaması kimi fikirlər səsləndirirlər.

Milli Məclisin üzvü, deputat Nizami Cəfərov isə AzNews.az-a açıqlamasında E.Seyidcahanı müdafiə etdi:

“Himn dövlət atributudur. Amma himn həm də bir melodiyadır. Ona görə də, Dövlət Himnindən ayrı-ayrı musiqilərin tərkibində yaradıcılıq məqsədi ilə istifadə etmək olar. Bu artıq qeyri-rəsmi fərdi yaradıcılıq məhsuludur. Bu nə himnin təhrifi kimi qəbul olunmur, nə də himnə təcavüz kimi qiymətləndirilmir”.

N.Cəfərov Elza Seyidcahanla bağlı hər hansı cəza tədbirin görülməsi kimi təkliflərə qatılmadığını vurğulayıb: “Burada təhlükəli bir şey yoxdur. Bu artıq bir sənət hadisəsi kimi təqdim olunur”.

Millət vəkili Fazil Mustafa isə deyir ki, dövlət himninin təhrif olunması ilə bağlı qanunvericilikdə heç bir cəza tədbiri yoxdur:

“Əgər, kimsə rəsmi tədbirdə Dövlət Himnini təhrif etsə, onda həmin şəxs dövlət atributuna qarşı hörmətsizlik etdiyinə görə, məsuliyyətə cəlb edilə bilər. Yox, əgər bunu müğənnilərindən biri hər hansı bir layihə üçün edirsə, onda, məncə, məsələni şişirtməyə ehtiyac yoxdur. Sadəcə ona qarşı ictimai qınaq lazımdır.”

Mədəniyyət və Turizm nazirliyi məsələyə münasibət bildirməkdən imtina edir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın