Şənbə , May 28 2022
Ana səhifə / Şou Biznes / Meyxanaçılar arasında əlbəyaxa dava – VİDEO

Meyxanaçılar arasında əlbəyaxa dava – VİDEO

Bakıda meyxanaçılar arasında dava düşüb.
Belə ki, Bakıxanov qəsəbəsində keçirilən toy məclislərinin birində söz ustaları arasında sərt deyişmə baş tutub. Rəşad Dağlı Aydın Lökbatanlı bir-birini aşağılayan ifadələr işlədiblər. Meyxanaçı Baləli isə hətta təhqirə keçib.
Toydan sonra restoranın dəhlizində tanınmış meyxanaçı Rəşad Dağlı ilə Aydın Lökbatanlı arasında mübahisə düşüb. Meyxanaçı Baləli Rəşad Dağlını müdafiə etmək istəyib. Bu vaxt Aydın onu döyüb. Rəşad isə ondan ötrü döyülən Baləlinin müdafiə etməyib, hadisə yerindən uzaqlaşıb.

Meyxanaçılar arasında yenidən davanın olacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir, Rəşadla Aydın arasında problem yaşanır.

Məlumata görə, Rəşad Aydının çağırıldığı məclislərdə iştirak etmir. Bu toya isə Aydının gəlişindən xəbərsiz gedib.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …