Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Meyxanaçı Vüqar Pərvizin mənə qoşulduğunu deyibsə…” – VİDEO

“Meyxanaçı Vüqar Pərvizin mənə qoşulduğunu deyibsə…” – VİDEO

Müğənni Türkan Vəlizadə meyxanaçı Vüqar Əbdülovun həmkarlarına iradını bildirərkən “Pərviz Bülbülə Türkana qoşulub” deməsinə münasibət bildirib.

Musavat.com saytına açıqlama verən ifaçı meyxanaçının sözlərindən incimədiyini deyib:  “Vüqar Əbdülov çox dəyərli meyxanaçımız, ustadımızdır. Ona çox böyük hörmətim var. Öz fikrini bildirib. Onun sözləri xətrimə dəymədi. Biz dostların sözlərindən incimirik”.

İfaçı yeni mövsüm yeniliklərindən də danışıb:“Yeniliklərimiz çoxdur. Pərviz ilə duet lər yazdırırıq. Konsert haqqında düşünürük. Konserti bizdən çox tamaşaçılar istəyir. Deyirlər ki, konsert təşkil edin, gəlib dinləyək, izləyək. Onları nəzərə alıb, konsert vermək istəyirik”.

Bir müddət öncə ağır qəzaya düşən ifaçı səhhətinin yaxşı olduğunu bildirib: “Səhhətim yaxşıdır, yavaş-yavaş düzəlirəm. Əvvəlki sağlamlığım olmasa da, getdikcə yaxşı oluram. Bu prosesdə dost-tanışımı tanıdım. Elə insanlar var idi ki, yolunu, zəngini gözləyirdim, amma onlardan səs çıxmadı. Müxtəlif bəhanələr dedilər. Amma mənə dəstək xəstə olduğum zaman lazım idi. Düşünürdüm ki, qəzadan sonra ayağa qalxıb, insanlara qarşı soyuq olacağam. Amma elə olmadı. Heç kimə pislik edə bilmirəm. Mənimlə maraqlanmayanlarla da salamlaşıram. Bu yumşaq ürək məndə varsa, dəyişməyəcəm”.

 

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …