Ana səhifə / Şou Biznes / Meyvəsi, yarpağı, çəyirdəyi həyat mənbəyi – Heyva

Meyvəsi, yarpağı, çəyirdəyi həyat mənbəyi – Heyva

Tərkibində pektin, tanin, şəkər, orqanik turşu, A və C vitamini, mineral duzlar, toxumlarında isə yapışqan maddələr, yağ, tanin, rəngli maddələr, zülal, az miqdarda amygdalin və eMule olan heyva bir çox xəstəliklərin müalicəsinə kömək edir. Əsasən, ürək, ağciyər, boğaz, mədə, böyrək, göz, bağırsaq kimi xəstəliklərə təsiri böyükdür.

Heyva ürək-damar xəstəliklərinin müalicəsində əvəz olunmaz təsirə malikdir. Belə ki, heyva yarpağından qaynadılmış su ürək ağrılarını sakitləşdirir, ürək döyüntülərini sabitləşdirir.

Kərə yağı ilə bişirilmiş heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürək, bronxit və vərəm xəstəliklərinə kömək edir.

Həzm, mədə-bağırsaq problemləri olanlar üçün də olduqca faydalı qidadır. Heyvadan hazırlanmış cem, kompotlar ağız qoxusunu aradan qaldırır, həzm prosesinə müsbət təsir edir, mədə narahatlıqlarını aradan qaldırır, təzyiqi aşağı salır.

Doğumu asanlaşdırmaq üçün heyva suyu və çəyirdəyi qaynadılıb içilməlidir. Körpəsi olan analar südlərini artırmaq üçün bol heyva yeməlidirlər.

Heyva qabığı və ya heyva çəyirdəyinin qaynadılmış suyu, sidik yolu iltihablarını aradan qaldırır. Qrip və soyuqdəyməyə kömək edir.

Gözdə iltihab olduqda heyva yarpağını qaynadıb soyuduqdan sonra gözləri gündə bir neçə dəfə yumaq lazımdır. İltihabı aradan qaldıracaq.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın