Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Metroda öpüşmək qalmaqalı – Azərbaycanda reklama çevrildi

Metroda öpüşmək qalmaqalı – Azərbaycanda reklama çevrildi

Jurnalist Xaqani Səfəroğlunun metroda gənclərin öpüşməsinə təpikləyərək etiraz etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Qalmaqallı status “Facebook” istifadəçilərini iki yerə bölüb. Birinci tərəf sözügedən hadisəni pisləyərək jurnalistin hərəkətini alqışlasa da, qarşı tərəf isə iki gəncin öpüşməsinin topluma heç bir ziyanının olmadığını  deyərək Səfəroğlunu tənqid atəşinə tutub.

“Qafqazinfo” xəbər verir ki, məsələ o qədər ictimailəşib ki, taksi şirkətlərindən biri gündəmin nəbzini tutaraq maraqlı aksiyaya başlayıb.

Şirkət sosial şəbəkədəki səhifəsində sərnişinlərə belə müraciət edib:

“Sevginizi bildirmək üçün sizə məkan vacib deyil, bir sözlə də edə bilərsiniz. Lakin, rahatlığınız üçün taksidən istifadə edin. Ən azından sizə təpik vurub qovan olmayacaq”.

Sözügedən status isə birmənalı qarşılanmayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın