Ana səhifə / Şou Biznes / Mehriban Zeynalova Bakıda keçirilən “gey” toyundan danışdı: “Qadınlar arasındakı cinsi…”

Mehriban Zeynalova Bakıda keçirilən “gey” toyundan danışdı: “Qadınlar arasındakı cinsi…”

“Hormonal dəyişikliklər onların cinsi oriyentasiyasının dəyişməsinə gətirir. Bunu nə psixoloq, nə də zor yolu ilə dəyişmək olur”
Günün əsas müzakirə olunan mövzularından biri heç şübhəsiz ki, Bakıdakı şadlıq saraylarından birində keçirilən qeyri-adi toy mərasimi olub. Bu mərasimin qeyri-adiliyi isə orada “gey” cütlüyün evlənməsi ilə bağlı olub.
Sosial şəbəkələrdən başlanan müzakirələr daha sonra mətbuatda da davam etdi. Media da bu olayı ictimailəşdirməklə ciddi diskussiyalara səbəb oldu.
“Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, əgər müzakirələr etik normaları keçmirsə, insan haqlarına zidd deyil. Bu şəxslərin fotolarının yayılmasına gəlincə, hüquq müdafiəçisi deyir ki, özləri icazə verdikləri halda onları yaymaq qanuna zidd deyil: “Amma ümumi təhlükə ilə bağlı onu deyə bilərəm ki, adətən problemlər açıq-aşkar olanda onun qarşısını almaq daha rahat olur, nəinki proses qapalı və gizli gedəndə. Əgər ekoloji problemlərimiz artsa, qida məhsulları təmiz olmasa, hamilə olan qadınlarda psixoloji gərginliklər pik həddə olmasa, belə hormon dəyişikliklər sürətlə artmaz”.
Mehriban Zeynalova
M.Zeynalova həmçinin bildirdi ki, əslində bu insanların çox az qismi sadəcə hər hansı təbliğata və özlərini filmlərdəki insanlara bənzətmək məqsədilə cinsi oriyentasiyasını dəyişir: “Əsasən bu insanlar heç də özündən asılı olmayan proseslərlə üzləşə bilir. Yəni, hormonal dəyişikliklər onların cinsi oriyentasiyasının dəyişməsinə gətirir. Bunu nə psixoloq, nə də zor yolu ilə dəyişmək olur”.
Müsahibimiz hesab edir ki, əsas məsələ qadınların hamilə olarkən çox diqqətli davranmasıdır. Bundan başqa, uşaqların kiçik yaşında zorlanması və ya uşaqlıq dövründə düzgün tərbiyə olunmaması da belə nəticələrə gətirib çıxarır: “Biz daha çox kişiləri görürük. Amma etiraf edək ki, qadınlar arasında da cinsi oriyentasiya dəyişikliyi mövcuddur. Və bu barədə demək olar ki, danışılmır. Təbii ki, ümumən bu istiqamətdə baş verənlər heç də xoş təsir bağışlamır”.
Musavat.com 

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın