Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Mehriban Xanlarova efirlərə niyə çıxmır? – “Məcburam“

Mehriban Xanlarova efirlərə niyə çıxmır? – “Məcburam“

“Teatrdaki fəaliyyətimi davam etdirirəm. Həmkarlarımla yeni tamaşalar üzərində çalışırıq. Efirlərdən uzaqlaşmışam. Çıxmamağımın da səbəbi yorulmağımla əlaqədərdir. İstirahətə ehtiyacım var”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. 

Tez-tez ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edən aktrisa bildirib ki, sözügedən proqramlara çıxmamağının səbəbi ailə qayğılarıdır. 

“Sosial verilişlərə üz tutan insanların dərdinə biganə qala bilmirəm. Əsəbiləşirəm, stress keçirirəm. Özümün də kifayət qədər işlərim, problemlərim var. Ailəmin qayğıları, yükü mənim çiynimdədir. Mən təkəm, bir başqa insan yoxdur. Ona görə məcburam ailəmə dəstək olum”, – deyə M.Xanlarova vurğulayıb. 

Bir sıra məşhurların verilişlərə qonorar müqabilində çıxmasına isə sənətçinin reaksiyası belə olub: 

“Verilişlərdə iştirakıma görə qonorar istəməyə heç zaman əl atmamışam. Heç bunu ağlımdan da keçirmirəm. Birdən tamaşaçılar elə başa düşər ki, efirlərə çıxmamağımın səbəbi onlardan qonorar istəməyimdir. Xeyr! Bununla əlaqədar deyil. Əminəm ki, qonorar istəsəm, onu mənə verərlər”.

“Ananızın səhhəti necədir?” sualına isə M.Xanlarova “Anamın sağlamlıq vəziyyəti yaxşıdır. Bir az qardaşımın səhhətində narahatlıqlar yaranıb. İnşallah, hər şey yaxşı olacaq. Allah böyükdür” cavabını verib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …