Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Mehriban Əliyeva körpələr evində – FOTOLAR

Mehriban Əliyeva körpələr evində – FOTOLAR

Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılıb. Bağçanın həyətində ağaclar əkilib, yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.
Azərbaycanın birinci xanımı Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, 220 yerlik xüsusi məktəbdə bütün fənlərdən əlavə, tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Müasir dizayna malik, bütün tələblər nəzərə alınmaqla inşa edilən məktəb lazımi inventarla təmin olunub. Bundan əlavə, biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman, trenajor zalları, ritmika otağı yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, peşəyönümlü təlimi üçün isə emalatxanalar tikilib. Burada tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölmələri də fəaliyyət göstərir.
Emalatxana ilə tanışlıq zamanı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya onun şagirdlərin əl işi olan portreti hədiyyə edildi.m

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın