Ana səhifə / Şou Biznes / Mehriban Əliyeva Ərdoğanın xanımı ilə sərgidə – Foto

Mehriban Əliyeva Ərdoğanın xanımı ilə sərgidə – Foto

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısına qatılan prezidentlərin həyat yoldaşları ilə görüşüb.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Əminə Ərdoğan qonaqlarını Lütfi Kırdar Konqres Mərkəzinin girişində qarşılayıb.

Qonaqları ilə tək-tək görüşən Əminə Ərdoğanın Mehriban Əliyeva və Meral Akıncı (Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının həyat yoldaşı) ilə söhbəti diqqət çəkib.

Daha sonra Ə. Ərdoğan və qonaqları “Ümidin rəngləri” adlı rəsm sərgisinə baxıblar.

Mehriban Əliyeva Ərdoğanın xanımı ilə sərgidə -  Foto

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın