Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Şou Biznes / MAXE-ləri təhqir etdiyi deyilən Tolik: O rəhmətə gedən atamı söydü

MAXE-ləri təhqir etdiyi deyilən Tolik: O rəhmətə gedən atamı söydü

Tanınmış prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etməsi ilə bağlı xəbərlər yayılıb.
Tarix Əliyev məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

O deyib ki, bir MAXE “Tiktok”da onu təhqir edib:
“Bir MAXE var, “TikTok”da öz MAXE dostları ilə birlikdə canlı yayım açıb məni söyürdülər. Mənim rəhmətə gedən atamı da söyürdülər. Ailəmi söydürən MAXE Rəhmanla canlı yayımım da olub. Ona verdiyim suallara da cavab tapmamışam. Ona demişəm ki, sən oturan yerdə mənim dünyasını dəyişmiş atamı niyə söymüsən? 
Tolik deyib ki, o həmin sözləri bir nəfərə aid edib: 
“Dedim, mən səni söymüşəm, deyib yox. Orada ümumi danışmamışam, bunu da götürüb elə veriblər ki, guya mən bunu bütün MAXE-lərə demişəm. Mən niyə bütün MAXE-lərə aid edim ki? Zəfərlə nəticələnən müharibəmizdən sonra əsgər, zabit, MAXE-mizə pis fikir bildirməyə heç kimin haqqı çatmaz”.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …