Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm” – Flora Kərimova

“Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm” – Flora Kərimova

“Ürəyimi övladlarıma açmışam. Bilsəydim sizin verilişdir, gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracağam”.

Bu sözləri Xalq artisti Flora Kərimova “İctimai Televiziya”da yayımlanan “Fatehin divanı” axşam şousunda aparıcı DJ Fatehə etirazını bildirərkən deyib.

Aparıcının “Fatmayıdakı bağda qalırsınız?” sualına F.Kərimova belə reaksiya verib:

“Əcəb edirəm, Fatmayıda qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi (mərhum Xalq artisti İlhamə Quliyevanı nəzərdə tutur – red.), Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşuq, cavab verirdi ki, Xalq artistiyəm, harada istəyirəm, orada oluram. Mən də Xalq artistiyəm”.

Oxu.Az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …