Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Maşın”da gizli telefon işlədirlərmiş – Əllərindən alındı

“Maşın”da gizli telefon işlədirlərmiş – Əllərindən alındı

Bir neçə gün bundan əvvəl “Maşın” realiti şousunda daha bir qayda pozuntusu aşkarlanıb.  “Qafqazinfo” xəbər verir ki, iştirakçıların əksəriyyəti  qadağan olunduğu halda gizli şəkildə telefonlardan istifadə ediblər. 

“M Group Production” əməkdaşları isə bununla bağlı tədbir görüb, ən azı 5 nəfərdən telefon aşkarlanaraq alınıb. Proqramın mətbuat xidməti məlumatı təkzib etsə də, şoudan gedən Ramil Nabran xəbəri təsdiqləyib.

O, bu gün “MTV Azərbaycan”da yayımlanan “3 canlı” proqramında qonaq olarkən belə bir hadisənin baş verdiyini qeyd edib:

“Sizə bunları kim deyib? Özümü elə hazırlamışdım ki, 18 gün telefonsuz dözə bilərəm.Elə olurdu ki, kimsə 2 telefon gətirirdi, birini təhvil verir, digərini gizlədərək işlədirdi. “MGP”nin gözündən heç nə qaçmaz, neçə ildir ki, televiziya sahəsində çalışırlar. Tədbir görüldü, telefonun biri soyuducunun altından, digəri televizorun arxasından çıxırdı”.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …