Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Masazırda Mehriban Əliyevanın təşəbbüsü ilə 1 il əvvəl açılan bağça hələ də işləmir…

Masazırda Mehriban Əliyevanın təşəbbüsü ilə 1 il əvvəl açılan bağça hələ də işləmir…

Sakinlər arasında bağçanın ödənişli olacağı barədə şayiələr dolaşır

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 2 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. Lakin bu bağça hələ də fəaliyyətsizdir və həmin bağçaya müraciət edən valideynlərə müəssisənin nə vaxt fəaliyyətə başlayacağı deyilmir.

Qafqaz Xəbər Agentliyinə müraciət edən vətəndaş bildirib ki, sakinlər arasında bağçanın ayda hər uşaq üçün 150 manat ödəniş şərti ilə fəaliyyətə başlayacağı barədə də söhbətlər gəzir, lakin bağçanın özündə soruşanlara dəqiq heç nə deyilmir.img_26350_slide2

Bağça ilə bağlı Heydər Əliyev Fondunun rəsmi saytında deyilir: “2015-ci il martın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Uşaq bağçası ilə tanışlıq zamanı məlumat verilib ki, burada uşaqlara rus və ingilis dilləri də tədris ediləcək, rəqs və musiqi öyrədiləcək. img_26352_slide2Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq”. Öyrəndiyimizə görə, bağça hazırda Abşeron RİH-in sərəncamındadır. Məsələ ilə bağlı araşdırma aparmaq, bağçanın 1 il ərzində fəaliyyətsiz qalimg_26351_slide2masının səbəbini öyrənmək istəsək də, bütün cəhdlərimiz nəticəsiz qaldı. Abşeron Rayon Təhsil Şöbəsində zənglərimizə cavab verən olmadı. Abşeron RİH-də isə bildirdilər ki, icra başçısı rəhbərlikdəki şəxslərlə birlikdə vətəndaşlarla səyyar görüşə çıxıb, nahardan sonra onun köməkçisi Fuad müəllimlə əlaqə saxlamağımız məsləhətdir.

Lakin nahardan sonra, Fuad müəllimin iş nömrəsinə cavab verən olmadı. Görəsən, son 1 ildə fəaliyyətə başlaması texniki və maddi cəhətdən mümkün olan, amma hələ də fəaliyyətsiz qalan bağça ilə bağlı bizimlə danışmaq istəyən, suallarımıza cavab verən məmur varmı? Əgər varsa, mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayırıq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın