O, AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən qəza 10 gün əvvəl baş verib:

“Maşında texniki problem yaranmışdı. Geri dönmək istəyəndə maşın öz-özünə işədüşdü. Dedim, maşın çevrilə bilər. Kəməri açıb, özümü maşından atmaq istədim. Təkər partladı. Maşın bir də fırlansaydı çevriləcəkdi. Rulu bərk-bərk tutdum ki, heç kəsə dəyməsin. Heç bir şey olmayıb”.

Qeyd edək ki, müğənni Maral Tahirqızı qəza törədib. Hadisə Bakının Babək prospektində baş verib.