Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Şou Biznes / Maral Tahirqızı haqqında bütün sirrlər üzə çıxdı

Maral Tahirqızı haqqında bütün sirrlər üzə çıxdı

Müğənni Maral Tahirqızı verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, efirdə ifaçı haqqında sujet yayımlanıb. Sujetdən bəlli olub ki, sənətçinin Azərbaycan Dövlət Televiziyasının Fondunda 36 mahnısı var. Görüntülərdə ifaçının şəxsi həyatı haqqında da danışılıb. Kadrlarda deyilib ki, Maral Tahirqızının müğənniliyə marağı olduğu üçün atası razı olmayıb və onu erkən yaşda ərə verib. Belə ki, valideyni 16 yaşında ona toy edib. M.Tahirqızı 2 il 6 ay ailəli olduqdan sonra ərindən boşanıb.
Verilişdə yayımlanan sujetdən sonra ifaçı özü haqqında ilginc açıqlamalar verib: “Mən xalq artisti Arif Babayev kimi sənətkardan 3 il dərs almışam. İfaçılıq sənətindən başqa bir çox yüksək vəzifəli yerlərdə çalışmışam”.
Maral onu təhqir edənlərdən də söz açıb: “Məni tanımırlar. Amma təhqir edirlər. Ünvanıma xoş olmayan sözlər deyən şəxslər özlərinə baxıb, sonra məni təhqir etsinlər. Heç kimin ixtiyarı yoxdur ki, mənə təhqirlər yağdırsın. Hamı bilsin ki, mən hər şeydən öncə Azərbaycan xanımıyam”.
Proqram zamanı Maral Tahirqızı haqqında daha bir sujet yayımlanıb. Kadrlarda şou-biznes nümayəndələri Maral Tahirqızı barədə fikirlərini bildiriblər:
Əməkdar artist Könül Kərimova: “Maral Tahirqızı xanımdır. Heç bir xanımı təhqir etmək olmaz”.

Müğənni Səidə Sultan: “Maral xanımı sosial şəbəkələrdə təhqir edənlər çoxdur. Amma bu düzgün deyil. Sözügedən sənətçiyə baxanda insanın əhval-ruhiyyəsi yüksək olur”.

Müğənni Gülay Zeynallı:“Heç kəsi ələ salıb, təhqir etmək olmaz. Mən Maral xanıma “sənətkar” deyə bilmərəm. Onun özünəməxsus ifası var”.

Müğənni Emil Bədəlov:“Kimisə təhqir etmək mənim xasiyyətimdə yoxdur. Amma Maral Tahirqızı da ona imkan yaratmasın ki, kimsə onu aşağılasın”.

Həmçinin oxuyun

Faiq Ağayev məşhurluğu tualet kağızı ilə müqayisə etdi – VİDEO

“Məşhurluq mənim üçün göstərici deyil”. Bu sözləri Xalq artisti Faiq Ağayev deyib. Müğənni sosial şəbəkədə …