Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Maral Tahirqızı əsəbiləşdi: “Toyda oxutdurub pulumu vermirlər” – VİDEO

Maral Tahirqızı əsəbiləşdi: “Toyda oxutdurub pulumu vermirlər” – VİDEO

Müğənni Maral Tahirqızı toylardan şikayətlənib.
Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, onu toya çağırıb, sonra da pulunu vermirlər:
“Hardan alım taksi pulunu ki, gecə vaxtı gedib-gəlim. Bir qəpik də cibimə pul qoymur. Mənim elə üzüm yoxdur ki, deyim pul ver. Elə helə çıxıb gəlirəm, amma ürəyimdə deyirəm ayıb olsun. Nifrət edirəm, ayıb olsun ki, müğənniyə hörmət etmirsən. Deyə bilərsən, xoşuma gəlmədi, amma niyə dəvət edirsən? Niyə deyirsən filan dostuma oxu. 5-6 saat oxutdurub, çıxıb gələndə pul vermirsən. Bir qəpik hörmət etmirsən. Bunun biri, ikisi, üçü belə olsun. Axı hamısı belədir. Bir dənə Kamil Zeynallının olduğu məclislərdən pul götürürəm. Bir qəpik adama pul vermirlər, elə bil borcum var”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …