Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Manana 5 ay sonra övladları ilə görüşdü – Video

Manana 5 ay sonra övladları ilə görüşdü – Video

Əməkdar artist Manana Caparidze 5 ay sonra övladlarının yanına gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında görüşdən video paylaşaraq məlumat verib.

“5 aydır görüşmədiyim ailəmlə görüşümüzdən videonu sizinlə bölüşürəm. Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənəvi dəstək verən gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda heç kəs öz ailəsi və övladlarıyla ayrılıq yaşamasın, hamı birlikdə salamat və xoşbəxt olsun”, – deyə Manana bildirib.

Qeyd edək ki, M. Caparidze Georgi adlı şəxslə ailəlidir. Cütlüyün bu evlilikdən iki övladı var.

Xatırladaq ki, müğənni bir müddət əvvəl pandemiya ərəfəsində ailəsinin Gürcüstanda olduğunu, onları görə bilmədiyini söyləmişdi.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …