Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Manafdan Mənzurəyə: “Məndən icazəsiz heç yerə getməyəcəksən”

Manafdan Mənzurəyə: “Məndən icazəsiz heç yerə getməyəcəksən”

Müğənni Mənzurə Musayeva qalmaqalda olduğu həmkarı Manaf Ağayevdən danışıb.

Manafın efirdə olduğu “Xəbər-ətər” verilişinə zəng edən Musayeva bu sözləri deyib:

“Bəziləri kiminsə “şot”una tanınmaq istəyir. Ona görə duet oxuyurlar. Amma Manafla mənim duet ifa etməyimdə nə var ki? Tanınmış adam digər tanınmışla oxuya bilər. Burada problem yoxdur. Lakin yeni ifaçılar bir az tanınan kimi duet oxuduqlarını saymırlar. Göz qabağındadır, hamı bilir. Yalnız etikaya görə, Manaf, ya da başqası demək istəmir. Hamı bilir ki, kim nə işə görür. Manafda mənfi nə isə görməmişəm. Demişəm ki, 80 faizi belədir. Manaf bir duet oxuyur, sonra bitir. Nəzərdə tutduqlarım isə bir-birilərindən ayrı toya gedə bilmirlər. Bir-birilərini qısqanırlar, deyirlər, mənsiz harasa getmə. Guya Manaf bilmir? O, şou-biznesdə hər şeydən xəbərdardır”.

Bu zaman M.Ağayev zarafatla həmkarına bunları deyib:

“Mənimlə duet oxuyandan sonra icazəsiz heç yerə getməyəcəksən”.

Qeyd edək ki, M.Musayeva “Duet oxuyanlar sevgilidir” açıqlamasını vermişdi. O açıqlamadan sonra M.Ağayev Lent.az-a bildirib ki, Mənzurə düzgün danışmır:

“Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”.

lent.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …