Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Manaf Ağayevin qızı ikinci ərindən də boşandı

Manaf Ağayevin qızı ikinci ərindən də boşandı

Müğənni Manaf Ağayevin qızı Səmayə Hüseynova həyat yoldaşı Taleh Hüseynovdan boşanıb.

“Qafqazinfo” xəbər verir ki, cütlük məhkəmə yolu ilə rəsmən ayrılıblar.

Qeyd edək ki, boşanmadan sonra Səmayə Hüseynova Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşına qarşı əmlak tələbi ilə iddia qaldırıb. Hakim Sarıyev Xəyalın sədrliyi ilə keçirilən məhkəmədə Səmayə Hüseynovanın iddiası qismən təmin edilib.

Onu da qeyd edək ki, bu, Manaf Ağayevin qızının ikinci evliliyi idi. Onlar 2015-ci ildə ailə həyatı qurmuşdu.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …