Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Mahsun Kırmızıgülü mən kəşf etdim, amma o, şirkətimi əlimdən aldı” -VİDEO

“Mahsun Kırmızıgülü mən kəşf etdim, amma o, şirkətimi əlimdən aldı” -VİDEO

“Haber bahane” verilişinin qonağı olan məşhur müğənni Mustafa Topaloğlu illər əvvəl qurduğu musiqi şirkətinin qardaşı və Mahsun Kırmızıgül tərəfindən mənimsənildiyini bildirib.

Sfera.az xəbər verir ki, M.Topaloğlu bütün sərvətini müğənnilərin albomları üçün xərclədiyini deyib.

“Qazandığım pulla ailəmə töhfə verməmişəm. Sadəcə bacıma ev almışam. Bu qədər. “Prestij Music”i mən qurdum. Pulları sənətçilərin albomlarına xərclədim. Mahsun Kırmızıgül, Alişan, Özcan Deniz və Haluk Levent… Unkapanıda bəstəkarlara edilən haqsızlığı görüb şirkət qurdum. Unkapanıya nizam-intizam gətirdim. Məşhur idim, amma yerdən siqaret kötüklərini yığırdım”.

Mustafa Topaloğlu qardaşının da ona zərbə vurduğunu qeyd edib:

“Qardaşıma və onun dostuna şirkətimdə pay verdim. Amerikaya getdim. Şirkətimin adı “Nöqtə” idi. Adını dəyişib “Prestij” etdilər. İkisi birləşəndə ​​məndən daha çox pay sahibi idilər, üstəlik qardaşıma imza səlahiyyəti də vermişdim. Qardaşımın niyyəti pis deyildi, lakin ətrafındakılar ona təsir etdilər. İmza səlahiyyətindən sui-istifadə etdilər. Birdən-birə özümü sahibi olduğum şirkətdə işçi kimi tapdım.Təsis etdiyim şirkətdə payım yox idi. Bunu çox sonralar bildim. Məni şirkətimdən çıxardılar. Başqalarının istədiyini etdiyi üçün qardaşımla illərlə küsülü qaldıq. Şirkətin dəyəri 50 milyon lirə idi. Şirkətdə qardaşım, Mahsun Kırmızıgül və Burhan Aydemirin otağı var idi, mənim yox. Heç nə əvvəlki kimi deyildi. Vəziyyəti görəndə dedim ki, bu gedişlə yox olacaqlar, belə də oldu. 3 aya hər şey bitdi”.

Sənətçi Mahsun Kırmızıgüldən incikliyini xüsusi vurğulayıb:

“Mahsun Kırmızıgülü biz kəşf etdik. Məni şirkətimdən çıxaranların arasında o da var idi. Kaş belə etməyəydilər. Çox pis oldum. Bu səhvlər olmasa idi, bu şirkət çox böyüyəcəkdi”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …