Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / Mahnını Sevinc oxusa da, görüntülərinə yer verilmədi – Fotolar

Mahnını Sevinc oxusa da, görüntülərinə yer verilmədi – Fotolar

Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə-Azərbaycan” adlı mahnının təqdimatı olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb. Daha sonra qonaqlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Musiqisi bəstəkar Sevinc Tofiqqızına,  sözləri Almaz Əhmədovaya aid mahnını müğənni Sevinc Musayeva ifa edib. Bəstənin nümayişi üçün yığılan video-rolik qonaqlara nümayiş etdirilib.

Video rolikdə müğənninin görüntülərinin olmaması diqqət çəkib. Bundan əlavə, video rolikdə Türkiyənin məşhur  “Savaşçı” serialında Azərbaycana ayrılan hissələrdən istifadə olunub. Lakin serialda  rol alan azərbaycanlı aktyorlar Kənan M. M ilə Elvin Əhmədovun heç bir kadrı rolikdə göstərilməyib.

“Mahnıda qələbə ruhu var, insanları qələbəyə səsləyir. Bəstə Azərbaycan-Türkiyənin dostluğunun möhkəmlənməsinə həsr olunub. Mən də  mahnını layiqincə ifa etmişəm. Video rolik də maraqlı alınıb. Mənim görüntülərimin orada olmaması barədə fikirlər səsləndirildi. Öncədən xəbərim vardı. Çünki bu klip deyil, sadəcə video rolikdir. Bu vacib deyil. Əsas odur ki, mahnı gözəldir və sevərək ifa etmişəm”-, deyə S. Musayeva bildirib.Musavat.com

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …