Cümə , Yanvar 21 2022
Ana səhifə / Şou Biznes / “Madonna kimi qızıldan vanna otağı istəmirəm“ – Aygün Kazımova

“Madonna kimi qızıldan vanna otağı istəmirəm“ – Aygün Kazımova

“Məndən olsa, hər gün konsert verərəm. Gözəl bir şou düşünürəm. Özü də bunu “Crystall Hall”dakı konsertimin səhəri fikirləşmişəm. Bu aralar verdiyim silsilə konsertləri demirəm. Onlar kiçik çıxışlardır”.

Bu sözləri Xalq artisti Aygün Kazımova axşam.az-a açıqlamasında deyib:

“Rekordumu ancaq özüm təzələyə bilirəm. İndi mən Aygünü bir az da geridə buraxmalıyam. Bir konsert vermək böyük zəhmətdir. Təkcə mənim yox, böyük komandanın. Hələ çox hazırlaşmalıyıq”.

Aygün Kazımova əlavə edib:

“Madonna kimi qızıldan vanna otağı istəmirəm. Ən önəmli kamfortdur. Hər tərəfdə su olmalıdır. Hara baxıramsa, su görməliyəm. Sağlam qidam mütləq olmalıdır. Bunlar səhnəarxası rayderdir. Səhnə rayderim isə bitmir. Hər şeyi əvvəldən görməliyəm. Səhnə işıqları möhtəşəm qurulmalıdır. Səhnənin önündə sərinkeşlər olmalıdır. Hamısı son nəticə üçün istənilir.

Canlı ansamblla gedirəm. Mənim üçün toya getmək hər gün mini konsert verməkdir. Əvvəl mən toylarda çox görünmürdüm. Çünki formatımda deyildi. Yadınıza salın toylar əvvəl hansı məkanlarda keçirilirdi? Deyirdim ki, səhnə qurulsun, işıqlar olsun, bu da maddi baxımdan gəlib çıxırdı kəllə-çarxa. İndi toy səhnələri dəyişib, çıxış etdiklərim böyükdür, istədiyim qurula bilir. Mən toyda konsert səhnəsi qururam. Bir də mütləq canlı ifa etməliyəm, fonoqram yoxdur”.

Həmçinin oxuyun

Kişilərin botoks etdirməsini pisləyən Eltona Ülvidən CAVAB – VİDEO

Müğənni, Əməkdar artist Elton Hüseynəliyevin ”Estetik, botoks kişi üçün deyil!” açıqlaması müzakirə olunmaqdadır və heç …