Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Maaşlarını ala bilməyən müəllimlər aksiya keçirdilər

Maaşlarını ala bilməyən müəllimlər aksiya keçirdilər

Bu gün Biləsuvar rayonunun Aşağı Cürəli kənd orta məktəbinin müəllimləri birinci dərsə girməkdən imtina edərək xəbərdarlıq tətili keçiriblər.

Onlar Biləsuvar Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Balaqardaş Kazımovun məktəbə gəlməsini tələb ediblər.

Məktəbin müəllimi Yusif Mehdinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, müəllimlər əmək haqlarını ala bilmədiklərindən 3-4 gün əvvəl də xəbərdarlıq aksiyası keçiriblər.

“O zaman Biləsuvar RTŞ-nin müdiri məktəb direktoruna söz verdi ki, müəllimlərin əmək haqları noyabrın 12-də veriləcək. Amma verilən vədə əməl olunmayıb” – deyə Yusif Mehdi bildirib.

Y.Mehdinin sözlərinə görə, o, bu gün müəllimlərin adından Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova ilə də danışıb: “Xəyalə Qəmbərova rayon maliyyə şöbəsi ilə əlaqə saxlayandan sonra dedi ki, əmək haqlarının gecikməsinin səbəbi təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovun səhlənkarlığıdır. Belə ki, müəllimlərin ödənişlərinin tarif üzrə müəyyən edilməsinə dair sənədlər müvafiq qurumlara vaxtında təqdim olunmadığından gecikmə yaranıb”.

Y.Mehdi onu da əlavə edib ki, icra başçısının müavini müəllimlərin maaşının noyabrın 17-dək tam şəkildə ödəniləcəyinə vəd verib.

Xatırladaq ki, virtualaz.org saytı bu gün Cəlilabadda da oxşar problemin olması haqda yazıb. Bu rayonun müəllimləri də sentyabr ayından bəri maaş ala bilmirlər.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın