Azinforum.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu müğənni Aysel Əlizadə deyib.

“Mən Aysel Əlizadə olaraq, çox şükür, öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki-üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insan isə ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan mənə indi necə yaşayıramsa, bax o həyatı mənə yaşada bilməlidir. Yoxsa, mən depressiyaya düşərəm”.