Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / M.Ə.Rəsulzadə Novruz bayramında ordu keçidi də təşkil edirdi… –Tarix

M.Ə.Rəsulzadə Novruz bayramında ordu keçidi də təşkil edirdi… –Tarix

Vətənimizin Rusiya imperiyasının caynağına keçdiyi 1813-1828-ci illərdən bu yana Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz da bir sıra sıxıntılar yaşamış, onu xalqın qəlbindən silməyə çalışmışlar. Lakin qeyrətli övladlar sayəsində bu baş tutmamışdır.  
 Novruzun sərt sınaqlar tarixçəsinin maraqlı məqamlarını nəzərinizə çatdırmağa başlayırıq:
1919-1920-ci illərdə Novruz bayramı ordu keçidi ilə müşayiət olunurdu…
XIX əsrin ortalarından Çar Rusiyasının Qafqazdakı canişinlərinin göstərişi ilə Novruz kimi milli bayramların geniş qeyd edilməsinə qarşı basqılar başlayır. Buna rəğmən xalqımız Novruzu yenə də qutlamaqda davam edir. 1905-1906-cı illərdə çar rejiminin fitvasıyla başlanan erməni fitnə və qırğınları Azərbaycanın digər bayramları kimi Novruzumuzu da qara rəngə boyayırdı. 1918-1920-ci illərdəki müstəqil AXC dönəmində yaşanan hərbi-siyasi və iqtisadi çətinliklərə rəğmən dövlətimiz Novruzun rəsmi qeyd edilməsi barədə göstəriş verdi.
Novruz bayramını otuz üç il qürbət ellərdə keçirən M.Rəsulzadə Novruz bayramında həmişə bir xoş hadisəni xatırlardı: 1919-cu ilin Novruz bayramını. “Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq rəsmən qeyd olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də çalışmazdı. Hökumətcə mərasim yapılaraq ordunun keçidi rəsmi icra olunurdu…”.
M.Ə. Rəsulzadənin qürbətdəki son Novruzu…
Ankara. 1954-cü il, 21 mart. Azərbaycan Kültür Dərnəyi Novruz bayramı münasibətilə Dərnək binasında toplantı keçirir. Açılış mərasimindən sonra söz Dərnəyin fəxri sədri M.Ə.Rəsulzadəyə verilir. Bu, onun sonuncu Novruz bayramı olur… (Moderator.az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın