Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Məzarlıq, yoxsa zibilxana..? – FOTOLAR

Məzarlıq, yoxsa zibilxana..? – FOTOLAR

“Burada kənd camaatının yaxınları yatır. Qədim tarixi olan sərdabələr var. Belə yerdə zibilxana olar?”
Bu sözləri qəsəbənin şikayətçi sakinləri musavat.com-un reportyoruna deyiblər.
Məsələ burasındadır ki, Zığ qəsəbəsinin qəbiristanlığının giriş hissəsi zibilxanaya çevrilib. Zibil qutuları dolub-daşır. Amma onları daşıyıb, aparan yoxdur. Beləliklə, gün-gündən zibillərin tutduğu ərazi genişlənir və getdikcə məzarlığın qapısını zibillər qapadır.
Sakinlərin sözlərinə görə, bu hal ilk dəfə deyil: “Artıq neçənci dəfədir ki, buranı zibillik bürüyür. Amma zibilləri daşıyan yoxdur. Tez-tez daşınsa, belə olmaz. Ayıbdır, axı… Bu məzarlıqda bizim yaxınlarımız var. Tarixi sərdabələr var. Canlılara hörmət etmirlərsə, heç olmasa, onların ruhuna hörmət etsinlər.
Ac itlər gecə vaxtı zibil dolu paketləri cırırlar ki, yeməyə bir şey tapsınlar. Beləliklə zibillər daha çox ətrafa səpələnir. Zibil daşınmadığı üçün camaat bəzən məcbur qalıb, onları yandırırlar. Amma bu, olmaz. Ərazi açıqlıqdır. Külək tutan yerdir. Dəhşətli yanğın ola bilər. Buna görə də, elan yapışdırmışıq”.
Qəsəbə sakinlərini sadəcə, zibillərin daşınmaması narahat etmir: “Burada niyə zibilxana olmalıdır? Məzarlığın yanında zibilxana olarmı? Təbii ki, olmaz. Havalar getdikcə isinir. Bunlar zibilləri vaxtlı-vaxtında daşımamaqda davam etsələr, yayda üfunət iyindən burada dayanmaq olmaz. Əslində, bu, xırda məsələdir. Sadəcə, işləmək lazımdır. Biz kimdənsə artıq bir şey istəmirik ki, sadəcə, öz vəzifə borclarını yerinə yetirsinlər.
Hə, bəhanə edə bilərlər ki, zibillik hündür yerdədir. Zibil maşını buraya qalxmaqda çətinlik çəkir. Ona da cavabımız var. Zibilliyi buradan ləğv etsinlər. Daha əlverişli yerdə olsun. Həm bizə rahat olsun, həm də onlara…”
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Amma hələ də bu barədə qarşı tərəfdən heç bir rəsmi cavab gəlməyib.
Sorğumuza cavab gələcəyi halda onu dərc etməyə hazırıq. img20221055c058c442c167b29851001a1586748322c2ac6592d14f4c1f03200bee0a4

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın