Ana səhifə / Şou Biznes / Mətanət İsgəndərliyə ağır itki: “O, gəlin gedəndə arxasınca ağlamışam”

Mətanət İsgəndərliyə ağır itki: “O, gəlin gedəndə arxasınca ağlamışam”

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.

Sənətçinin bibisi dünyasını dəyişib. Onun görüntülərini sosial şəbəkə hesabında paylaşan İsgəndərli onu anası qədər sevdiyini bildirib:

“Mənim üçün çox dəyərli, əziz olan, canım qədər istədiyim, dünyanın ən gözəl bibisini itirdim. Çox qəmliyəm, bibimin yerini kimsə əvəz edə bilməz!

Mənim nur üzlü gözəl bibim. Allaha yalvarıram ki, sənə Cənnət qismət etsin. Çünki mələk kimi bir insandır. Mənim nur üzlü bibim, hər zaman qəlbimdə yaşayacaqsan.

Mən səni anam qədər sevirdim. Bibim gəlin gedəndə, mən onun arxasınca səhərədək ağlamışam. Hətta hamıdan xəbərsiz maşına minib arxasınca getmişdim. Elə indi də ağlayıram”.

Mətanət İsgəndərliyə ağır itki: “O, gəlin gedəndə arxasınca ağlamışam”
Mətanət İsgəndərliyə ağır itki: “O, gəlin gedəndə arxasınca ağlamışam”

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …