Ana səhifə / Şou Biznes / Mətanət İsgəndərli keçmiş gəlini Canananı Fatimənin ad günündən qovdurdu

Mətanət İsgəndərli keçmiş gəlini Canananı Fatimənin ad günündən qovdurdu

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı gərginlik bitmək bilmir. Bir müddət əvvəl Canana ona barışıq addımı atsa da İsgəndərli onu bağışlamaq istəmədiyini dedi.

Belə ki, gəlin-qayınana arasındakı növbəti gərginlik bu dəfə rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisində baş tutub. Belə ki, ad günündə iştirak etmək istəyən Canana keçmiş qayınanası tərəfindən məclisdən qovulub.

Bu haqda BAKU.WS-ə açıqlama verən Canana haqsızlığa məruz qaldığını, qayınanası Mətanət xanımın onu qovdurarkən keçmiş əri Kərimin də orada olduğunu bildirib:

“Biz Fatimə xanımla həmişə tədbirlərdə olmuşuq. Onun da salonu var, mənim də. Ad günü məclisi zamanı foyedə dayanmışdım. Bir də qızlar mənə dedi ki, Mətanət İsgəndərli də oradadır. Dedim, hə, görürəm. O mənim düşmənim deyil. Mən həmişə demişəm ki, barışıq istəyirəm. Fikirləşirdim ki, bəlkə, orada bir salam-əleyküm edib barışarıq.

Fatimə xanımgil foyedə şəkil çəkdirirdi. Onlar məni orada gördülər. Mətanət xanım Fatiməyə nəsə dedi. Sonra Fatimə üstümə gəldi ki, “Canana, sən burada neynirsən? Səni kim çağırıb?” Dedim, jurnalistlərə müsahibə verirəm. Dedi, “tez ol, çıx buradan”.

Mən Fatimə xanımın ad gününə getmişdim. Ən azından hörmət əlaməti olaraq sakitcə deyə bilərdi ki, “Canana, səndən xahiş edirəm, buradan çıxa bilərsən?” Amma camaatın içində dedi. Sonra getdim maşınıma oturdum. Kərim də orada idi. Ona salam verdim, qaçdı, uzaqlaşdı məndən”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …