Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Məşhurlar Nazpəri Dostəliyevanın oğlunun ölümündən yazdı: “Təsəlli etməkdə sözlər belə acizdir…”

Məşhurlar Nazpəri Dostəliyevanın oğlunun ölümündən yazdı: “Təsəlli etməkdə sözlər belə acizdir…”

Xəbər verdiyimiz kimi ötən gün Xalq artisti Nazpəri Dostəliyevanın oğlu 41 yaşında ürək tutmasından dünyasını dəyişib. Məşhurlar bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edərək, Xalq artistinə Allahdan səbr diləyiblər.

Onlardan bir neçəsini təqdim edirik:

Müğənni Nadir Qafarzadə: “Bu gün eşitdiyim ən şokedici xəbər oldu. Nazpəri xanım, sizi təsəlli etməkdə çox acizəm. Sözüm bitib, dilim quruyub. Dünən bir yerdə dedik, güldük. Bu gün bu xəbər məni dəli etdi. Allah sizə səbr versin. Böyük dərddir. Allah heç bir valideynə bala dərdi verməsin”.

Əməkdar artist Mətanət İskəndərli: “Bu nə böyük fəlakət! Hələ də şokdayam. Nə oldu balamıza belə… Allah Nazpəri bacımıza səbr versin. Dünyada ən böyük dərd bala itkisidir. Allah heç kəsə belə dərd göstərməsin.
Çox üzücü xəbərdir, hələ də özümə gələ bilmirəm… Allah rəhmət eləsin”.

Müğənni Afət Fərmanqızı: “Sözün bitdiyi an… Bu acı xəbər hamı kimi məni də sarsıtdı. Xəbəri eşidən kimi bu ağır günündə Nazpəri xanımın yanında olmaq istədim. Gülərüzlü Nazpəri xanımdan əsər-əlamət qalmayıb. Allah heç bir anaya bala dağı göstərməsin. İnanmaq ağırdır, amma heyf ki, gerçəkdir. Allah rəhmət eləsin”.

Müğənni Elnarə Xəlilova: “Martın 26-da Xalq artisti Nazpəri Dostəliyeva Biləsuvardan olan şəhid Kənan Rüstəmlinin əziz xatirəsinə həsr etdiyi ithaf etdiyi “Lay-lay” adlı yeni klipini təqdim edəcəkdi. Amma… Dəyərli sənətkarın 41 yaşlı oğlu vəfat etdi. Dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik! Allah rəhmət eləsin”.

Müğənni Mətanət Əsədova: “Allah səbr versin. Heç bir ananın bala dərdi görməsini istəməzdim. Allah rəhmət eləsin”.

Sənətçi Nazilə Səfərli: “Acınız böyükdür, sizi heç kəs təsəlli edə bilməz. Analar arzu edər ki, oğul çiynində son mənzilə yollansın, amma bala dağı görməsin. Allah rəhmət eləsin”.

Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı: “Çox pis oldum. Ananın övlad, oğul itirməsinin acısını illərdir anamın timsalında görürəm. Sözlərlə ifadə etmək belə çətindir”.
Musavat.com 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …