Ana səhifə / Şou Biznes / Məşhur iş adamı ilə bağlı Usubova müraciət – Qohumuna pul “atıb”

Məşhur iş adamı ilə bağlı Usubova müraciət – Qohumuna pul “atıb”

Nabranda yerləşən “Dənizçi” istirahət mərkəzinin sahibi Qurban Hüseynov qohumunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur.
Bu barədə AzNews.az-a şikayət edən zərəçəkən Zümrüd Mikayılova məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildə uzaq qohumları olan, hazırda Xaçmaz rayonunun Xudat şəhərində yaşayan, Q. Hüseynovun tələsinə düşüb: “Qurban Hüseynov mənə dedi ki, ərazidə qiymətlər günü-gündən artır. Sən burdan torpaq al və onu nə vaxt istəsən daha baha qiymətə sata bilərsən. Mən də onun təklifi ilə razılaşdım. 15 min ABŞ dollarını həyat yoldaşı Validə xanımın və bacısı Sevil xanımın yanında ona verdim. Dedi ki, qohum olduğundan, buranı mən sənə ucuz aldım, nə vaxt istəsən mənə de, satım, üstündə xeyli pul qazan”.
Şikayətçi bildirib ki, torpaq sahəsini gördükdən sonra ərazinin sənədləşməsi işini də Qurban dayı deyə müraciət etdiyi qohumuna etibar edərək Bakıya qayıdıb. Bir müddət sonra isə Q. Hüseynov ona torpağa dair sənədlərin qaydasında olduğunu, satışı həyata keçirmək üçün heç bir problem olmadığını deyib.
2015-ci ilin yanvarında atası rəhmətə getdiyindən Z.Hüseynovaya pul lazım olub və həmin torpağı satmaq istəyib: “Bu zaman Qurban dayıdan torpağa müştəri tapıb satmasını xahiş etdim. O, hər dəfə hələ müştəri olmadığını bildirərək, bəhanələr gətirirdi. Nəhayət mən özüm müştəri tapıb Nabrana apardıqda, məlum oldu ki, Qurban Hüseynov mənim etibarımdan sui-istifadə edərək, məni aldadaraq pulumu mənimsəyib. Torpağa dair sənədləri ondan tələb etdikdə, bildirdi ki, torpaq onun oğlunun adınadır. Sənədlə tanış olduqda gördüm ki, onu 2011-ci ildə, guya torpağı mənə satandan 3 il sonra əldə ediblər”.
Zümrüd Mikayılovanın sözlərinə görə, yaxın tanışları Qurban Hüseynovun uzun illərdir belə işlərlə məşğul olduqlarını iddia edir: “Mənə dedilər ki, Qurban Hüseynov rayon ərazisində dövlətə məxsus bəzi torpaq sahələrini müxtəlif yollarla öz yaxın adamlarının adına özəlləşdirir, sonra da mənim kimilərə göstərərək, aldatmaqla pul qazanır”.
Aldadıldığını bilən Zümrüd Mikayılova Q.Hüseynovdan pulunu tələb edərkən qarşı tərəf əvvəlcə “mənə pul verdiyini sübut edə bilməzsən, get hara istəyirsən şikayət elə, hər yerdə adamım var” deyərək, pulu qaytarmaqdan imtina edib. Bundan sonra zərərçəkən öz pulunu geri qaytarmaq üçün hüquqi yollara baş vurub:”Telefonda məni yüksək vəzifələrdə işləyən qohumları ilə hədələdi. İyun ayının 14-də vəkili vasitəsilə Xaçmaz rayonunun Xudat Polis Bölməsinə şikayət etdim. Ona qarşı cinayət işinin açıla biləcəyini öyrənəndən sonra Qurban Hüseynov pulunun olmadığını iddia edərək, 15 min dolları köhnə kursla – 0,78 manatla və hissə-hissə qaytara biləcəyini dedi. Mən də təbii ki, bununla razılaşmadım. Çünki əvvala mən ona 15 min dollar vermişəm. Və həmin vaxt o pulun dəyəri indikindən xeyli yüksək idi. İkincisi də, tanıyanlar bilir ki, onun nəinki 15 min dollara, hətta 150 min dollara da imkanı çatır”.
Şikayətçi rayon prokurorluğunun Q.Hüseynova qarşı cinayət işi qaldırmaqdan imtina etdiyini vurğulayıb:”İşi mülki iş kimi baxılmaq üçün məhkəməyə göndərirlər. Bu işin məhkəməyə göndərilməsi o deməkdir ki, həm cinayət məsuliyyətindən qurtarır, həm də mənim pulumu illər uzunu verməyəcək”.
Zümrüd Mikayılova sonda Daxili İşlər naziri Ramil Usubova müraciət edib, məsələni öz nəzarətinə götürməyi xahiş edib:”Cənab nazir, ümidim sizədir. Sizdən xahiş edirəm, işimi öz şəxsi nəzarətinizə götürərək, tezliklə ədalətlə araşdırılmasını təmin edəsiniz”.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın