Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Məşhur azərbaycanlı stilist Ermənistanda toyda – Video

Məşhur azərbaycanlı stilist Ermənistanda toyda – Video

Əslən azərbaycanlı olan stilist Nazilə Mehdiyeva komandasında çalışdığı erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edib.

Missiya.az-ın əldə etdiyi məlumata görə, N.Mehdiyevanın İnstaqram sosial şəbəkəsində toydan paylaşdığı ardıcıl video və fotolar izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Stilistin Rusiyadakı dost-tanışları onun düşmən ölkəyə səfərini alqışlasalar da, Azərbaycandan olan izləyiciləri onu qınayıblar. N.Mehdiyeva Ermənistana, dostunun toyuna getməkdə qəbahət görmədiyini şərhlərdə dəfələrlə bəyan edib.

Diqqət çəkən məqamlardan biri toyda nümayiş etdirilən videoçarxda Azərbaycan musiqisinin səslənməsi olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın