Hollivudun məşhur aktyorlarından olan Kevin Speysi homoseksual olduğunu etiraf edib.

AzNews rus mətbuatına istinadən xəbər verir ki, Speysi Entoni Repplə olan mübahisəsi fonunda bu etirafı etməyə məcbur olub.

Repplı 30 il əvvəl olan mübahisəsinə görə üzr istəyən ikiqat “Oskar” laureatı olan Speysi deyib ki, illər ərzində müxtəlif kişilərlə sevgi macəraları olub.

“Bu gün mən gey olduğumu etiraf edirəm. Çünki gey kimi sərbəst şəkildə yaşamaq istəyirəm. Bu mövzuda vicdanlı olmağa söz verirəm”.