Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Mərhum Xalq artistinin müğənni qızı: “Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz” VİDEO

Mərhum Xalq artistinin müğənni qızı: “Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz” VİDEO

“Atamla dost idim. Əvvəllər onunla danışmağa risk etmirdim. Yaşımın üstünə yaş gəldikcə özü aranı açmağa başladı. Bir gün gecə saatlarında mətbəxdə telefonla danışırdım. Onun addım səslərini eşidib, “birazdan danışarıq” deyib, telefonu kənara qoydum. Mətbəxə gəlib söylədi: “Hər şeyi başa düşdüm. Danış, qızım. Amma bu danışıqlarının bir nəticəsini görmürəm. Gələn niyə gəlib çıxmır ki, rahat olum”.

Oxu.azxəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva ATV telekanalında yayımlanan “Şou ATV” səhər şousunda deyib.

Ülkər evliliyi ilə bağlı gizlin qalan məqamları gün üzünə çıxarıb, həyat yoldaşını heç zaman bağışlamayacağını bildirib:

“Atam istəmirdi ki, mən onunla ailə həyatı qurum. Nişanlım məni taksi ilə evimizin yanında düşürdü. Atam isə məni evimizin birinci mərtəbəsində gözləyirdi. Dönüb arxamca baxmadı. Pəncərədən baxaraq söylədi ki, bundan sənə həyat yoldaşı olmaz. Təbii ki, razılaşmadım. Sonra isə ailəm dağıldı. 

Bir neçə ildən sonra həyat yoldaşım məndən üzr istəsə də, onunla barışmadım. Atam xəstə olan zaman həyatımda bir insan var idi. O, məni çox istəyirdi. Həmin insanla ciddi münasibətimiz vardı. Bu barədə qarşı tərəfin ailəsi də xəbərdar idi. Həmin şəxslə “salam”ım qalsa da, hələ də onu bağışlamamışam. Heç zaman da bağışlamayacağam.

Çünki atam ölümcül vəziyyətdə idi. Tək istəyim o oldu ki, barmağıma üzük taxsın. O məni arxayın etdi. Mən də atama bu işin olacağını dedim. Atam xəstəxanada qaldı, onlar da gəlmədilər. Atamın bu istəyi ürəyində qaldı və o, dünyasını dəyişdi. Bir övlad kimi hiss edirəm ki, o, bu dünyadan məndən nigaran köçdü”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …